Azərbaycan Milli Kulinariya Mərkəzi

Tədbirlər

Milli Mətbəx

Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.91-ci il 99№-li qərarı ilə yaradılmışdır. AMKM Azərbaycan Milli mətbəx mədəniyyətinin yığılması, öyrənilməsi, təbliği ilə məşğul olur. AMKM ölkənin aparıcı kulinarlarını, alim və mütəxəssislərini öz ətrafında birləşdirir. AMKM 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB), 1998-ci ildə isə YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvüdür. AMKM 25-ci (Almaniya), 26-cı (Norveç), 27-ci (İsrail), 28-ci (Avstraliya), 29-cu (Hollandiya), 30-cu (Yaponiya), 31-ci (İrlandiya), 33-cü (Birləşmiş Ərəb Əmirlikləri) 34-cü (Çili) Dünya Kulinariya Konqreslərində, Avropa Konfranslarında (Almaniya, İtaliya, Çexiya, Avstriya) fəal iştirak etmişdir. AMKM-in komandaları ÜKTB-nin egidası altında Malta, Koreya, Sinqapur, Rusiya, Almaniya, Avstriya, Norveç, İngiltərə, Çexiya, Malayziya, Amerika, Yunanıstan, Qazaxıstan, Serbiya, Çernoqoriya və s. ölkələrdə keçirilən Kulinariya çempionatı və olimpiadalarından onlarca qızıl, gümüş, bürünc medallar, bir sıra mükafatlar gətirmiş.